“Zirə” Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışını davam etdirir. Avropa Liqasında “Şerif”lə qarşılaşacaq paytaxt klubu hazırlığın 7-ci günündə Rusiyanın “Orenburq” klubu ilə yoldaşlıq görüşü keçirib - 1:2.
Mövsümün sonunda “Kəpəz”dən ayrılaraq “qartallar”a qoşulan Elçin Əlicanovla əlaqə saxlayıb, hazırlığın necə davam etdiyi ilə maraqlandıq. Əlicanov yeni klubu barədə “Football-plus.az”a açıqlamasında bunları danışdı:
“Hazırda telim məşq toplanışımız davam edir. Kluba tez bir zamanda uyğunlaşdım. Çünki burda tanıdığım oyunçular var idi. Dünənki yoldaşlıq görüşü də maraqlı keçdi. Bizim üçün ayrı təcrübə oldu”.
24 yaşlı futbolçu avrokuboklarda qarşılaşacaqları “Şerif”lə bağlı fikirlərini də bizimlə bölüşdü:
“Düşünürəm ki, avrokuboklarda zəif rəqib yoxdu. Rəqibin adından aslı olmayaraq, qarşıya qoyduğumuz hədəflərimiz var. Bunun üşün çalışacağıq. Mən də komandanın bir üzvü kimi bacardığımı edərək, məşqçimizin tapşırıqlarını düzgün yerinə yetirməyə çalışacam”.
RÖYANƏ OĞUZ