“Sabah”da ayrılıq baş verib.
“Football-plus.az” xəbər verir ki, “bayquşlar” Kristian da Silva ilə yollarını ayırıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. Braziliyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. O, paytaxt klubunda ümumilikdə 54 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.