Millimizin futbolçusu karyerasını bitirdi

19.06.2024 13:30 525
Ölkə futbolu
Ötən mövsümə qədər "Səbail"in kapitanı olmuş Ağabala Ramazanov karyerası ilə bağlı qərar verib.

“Football-plus.az” xəbər verir ki, Azərbaycan milli komandasında da oynamış Ramazanov aktiv futbolçu karyerasını başa vurub.

O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 2023/2024 mövsümünün gedişində ağır zədə almış Ağabala sezonun qalan hissəsini oynaya bilməmişdi.
Millimizin futbolçusu karyerasını bitirdi