Misli premyer-liqasının 28-ci turunda "Səbail" "Kəpəz"in qonağı olacaq.
"Football-plus.az" xəbər verir ki, oyundan öncə "dənizçilər"in futbolçusu Ağabala Ramazanov klubun rəsmi saytına açıqlama verib. O, görüşlə bağlı fikirlərini bölüşüb:
"Ölkə çempionatında milli komandaların oyunları ilə əlaqədar olaraq fasilə yarandı. Biz də bu fasilədən istifadə edərərək çatışmayan cəhətlərimizin üzərində çalışdıq. “Kəpəz” oyunu öncəsi məşqlərimizə yüksək əhvali-ruhiyyə ilə davam edirik. Bizi qarşıda çətin səfər oyunu gözlədiyini bilirik. Amma Gəncəyə qələbə qazanmaq üçün gedirik. Mən və komanda yoldaşlarım buna inanırıq".