İngiltərə klubundan birdəfəlik ayrıldı

17.06.2024 19:20 335
Dünya futbolu
Filippe Koutinyo artıq işsiz sayılır.

“Football-plus.az” xəbər verir ki, braziliyalı futbolçu “Aston Villa”dan ayrılıb.

“The Guardian”ın yaydığı xəbərə görə, onun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Filippenin sabiq klubu “Vaku da Qama”ya keçəcəyi gözlənilir. Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi son mövsümü icarə əsasında “Əl-Duhail”də (Qətər) klubunda keçirib. Koutinyo daha əvvəl “Espanyol”, “Liverpul”, “Bavariya” və “Barselona”da çıxış edib.