Buna baxmayaraq, hələ də sponsor tapılmaması komandanın durumunu çətinləşdirir. Belə ki, mövsüm yekunlaşandan sonra komandadan ayrılanların sayı müqavilə müddətini uzadanlarla müqayiəsədə çoxluq təşkil edir. Belə ki, Elçin Əlicanov, Vüsal Məsimov, Adama Niane, Mate Kvirkviyanın ardından “sarı-göylər”in başa çatan mövsümdə ən məhsuldar futbolçusu olmuş Junior Martins də klubdan ayrıldı. Görəsən, klubda yaranan boşluqları doldurmaq çətin olmayacaq? Baş məşqçi Adil Şükürovun bu barədə “Football-plus.az”a söylədikləri:
“Doğrudu, çətin də olsa, çalışacağıq ki, yeni legionerlər cəlb edərək, bəzi mövqelərdəki çatışmazlıqları aradan qaldıraq. Ancaq əsas çətinliyimiz yerli oyunçularla bağlıdı. Hansı ki, komandaya gəldilər, bir müddət bizdə oldular və onların yetişdirilməsi üçün vaxt sərf olundu. Çətin olan onların yerini dolduracaq yerli futbolçuların yetişdirilməsi üçün xərclənəcək zamandı”.
Qeyd edək ki, braziliyalı vingeri Avropa Liqasında mübarizə aparacaq “Zirə” heyətinə qatıb.
KAMAL SƏFƏR





