Görəsən, onun əvəzinə başqa futbolçu dəvət edilə bilərmi? Və ya ehtiyatda olanlardan kiminsə əsas heyətə daxil edilməsi gözlənilirmi?
Bu suallarla yığmanın baş məşqçisinin səlahiyyətlərini yerinə yetirən Arif Əsədova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Hazırda hər mövqe üçün iki oyunçumuz var. Bu üzdən hansısa dəyişikliyə ehtiyac yoxdu. Lazım olduğu təqdirdə başqa futbolçuya şans veriləcək. Hələ ki kimisə çağırmağı düşünmürəm".
Yeri gəlmişkən, Arif bəydən ilk məşqi buraxan Musa Qurbanlının düşərgəyə qoşulub-qoşulmadığını da öyrəndik. O, hücumçunun komandayla birgə olduğunu dedi.
KƏNAN BAHADIR






