Yayılan iddialara görə, “dənizçilər” istifadə etdikləri avtobusların da icarə haqqını verə bilmir. Bu səbəbdən şirkətlə aralarında anlaşmazlıq yaşanıb. Nəticədə avtobus şirkəti nəqliyyat vasitəsinin üzərindən klubun loqosunu və digər fotoları silib. İddialar doğrudusa, klub bu məsələni necə həll etməyi düşünür?
Bu barədə ətraflı bilgi almaq üçün “Səbail”in mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədova müraciət etdik. Onun “Fooatball-plus.az”a açıqlaması:
“Əsas komandanın avtobusu klubun şəxsi əmlakı deyil, icarə əsasında işlədirdik, o da birilliyə nəzərdə tutulmuşdu. Növbəti mövsümdən avtobus yenidən icarə əsasında istifadə olunacaq. İcarə haqqının verilməməsi söhbəti isə tam əsassızdı, belə şey yoxdu. Klubun nəqliyyat vasitələrinin icarəsi ilə bağlı heç bir borcu qalmayıb”.
RÖYANƏ OĞUZ


