Klub hər il bunun üçün 50 min manat ödəyir. Bu məbləğ isə AFFA tərəfindən qarşılanırdı. Lakin federasiya bu ildən kluba verdiyi dəstəyi dayandırdığı üçün “Zaqatala” ciddi maliyyə problemi ilə üz-üzə qalıb. Gənclər və İdman Nazirliyinin balansında olan stadionla bağlı quruma müraciət edən klub rəsmiləri qiymətdə güzəşt edilməsini istəyib.
Görəsən, AFFA ilə klub arasında bununla bağlı danışıq olub? Federasiya “Zaqatala”ya stadionun icarə haqqını ödəməsi üçün etdiyi yardımı bərpa edəcək? Məsələni klubun icraçı direktoru İlham Ərəbovla söhbətdə aydınlaşdırmağa çalışdıq:
“Fedeasiyadan dəstək olacağını deyiblər. Hələ ki gözləyirik. Pulun bir hissəsi köçürülüb, qalanı da köçürüləcək. Stadionun icarəsi ilə bağlı da müraciət etmişdik. Amma bu məsələ hələ də açıq qalıb. Hazırda qiymətdə güzəşt olunması üçün danışıqlar gedir”.
ŞAİR ABDULLA



