“Qarabağ” mükafatlandırma mərasiminə necə hazırlaşır? - açıqlama

22.05.2024 17:32 189
Ölkə futbolu / Manşet
Bu həftə Misli premyer-liqasında mövsümün son oyunları keçiriləcək. 36-cı turda “Araz-Naxçıvan”la üz-üzə gələcək “Qarabağ”a medallar təqdim ediləcək.

Çempionun mükafatlandırma mərasimi doğma “Azersun Arena”da olacaq. Sonuncu turla bağlı premyer-liqa klublarından bəziləri özəl planlar hazırlayıb. Məsələn, “Sumqayıt” stadionun qapılarını bütün azarkeşlər üçün açacaq, yəni bilet satmayacaq. Təbii ki, bu yöndə “Qarabağ”dan da bəzi gözləntilər var.
Bəs “köhlən atlar”ın həmin gün üçün özəl planları varmı? Ətraflı məlumat almaq üçün “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə danışdıq. O, “Football-plus.az”a bunları söylədi:

“İndilik qeyri-adi nəsə düşünmürük. Azarkeşlərin gözü önündə olacaq. Yəni qaydalar üzrə necə gərəkirsə, o cür olacaq. Dəyişən böyük bir şey yoxdu”.

RÖYANƏ OĞUZ