Hər iki oyunçu mövsümün qalan hissəsini Tovuz təmsilçisinin heyətində davam etdirəcəkdi. İndi isə futbolçuların durumu qeyri-müəyyəndi. Belə ki, “Turan Tovuz” Ayxan Abbasovun rəhbərliyi altında bu qərarı vermişdi. Yeni baş məşqçinin bu oyunçular haqda hansı qərar verəcəyi maraq doğurur. Daha da diqqətçəkən məqam isə hər iki oyunçunun müqavilə əsasında “Neftçi”yə aid olması, lakin sabiq komandalarından onları geri dəvət etməmələridi.
Belə vəziyyət yarandığı halda isə həm Fəridin, həm də İsmayılın karyerası sual altında qalır. Oyunçuların icarə müqaviləsinin müddəti başa çatıbsa, ya gəldikləri komandaya dönməli, ya da hazırda təmsil etdikləri klubla yeni müqavilə imzalanmalıdı. Məsələni aydınlaşdırmaq üçün fubolçuların aid olduğu “Neftçi”nin mətbuat xidmətinin əməkdaşı Xəyalə Şahlarlıyla əlaqə saxladıq:
“Komandanın yeni məşqçilər heyəti təsdiqlənəndən sonra bu kimi sualların hər birinə aydınlıq gələcək”.
KAMAL SƏFƏR





