“Zirə” 6 futbolçusu ilə vidalaşdı

2.06.2023 11:55 269
Aktual / Ölkə futbolu
“Zirə” 6 futbolçusu ilə yollarını ayırıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə Bakı klubu sosial şəbəkə vasitəsilə məlumat yayıb.

Bildirilib ki, Hamidu Keyta, Coşqun Diniyev, Loris Bronyo, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileu ilə başa çatan müqavilə yenilənməyəcək.

Qeyd edək ki, adıçəkilən futbolçulardan Hamidu Keyta “Qarabağ”la anlaşıb.