“Cəbrayıl” 1-ci liqaya bir addım da yaxınlaşdı

9.06.2024 20:30 316
I liqa / Manşet
1-ci liqanın pley-off mərhələsinə start verilib.

“Football-plus.az” xəbər verir ki, “Araz-Saatlı” “Cəbrayıl”ın qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0. Tapdıq Əhmədov və Elşad Əliyevin qolları komandanı 1-ci liqaya daha da yaxınlaşdırıb.

Qeyd edək ki, cavab matçı iyunun 15-də Saatlıda keçiriləcək.