Region Liqasında ilk finalçı bəlli oldu

14.05.2022 18:51 1 208
Ölkə futbolu
Region Liqasının ilk yarımfinal oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, "Cəbrayıl" "Qusar"la qarşılaşıb. Görüş Cəbrayıl təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Oyunda hesabı 29-cu dəqiqədə "Qusar" açıb. Elşad Baləhmədov penaltidən fərqlənib. 45-ci dəqiqə də "Qusar" avtoqola imza atıb və "Cəbrayıl" hesabı bərabərləşdirib. Görüşdə son nöqtəni 98-ci dəqiqədə Tural Qürbətov qoyub. Bununla da "Cəbrayıl" adını finala yazdırıb.

Qeyd edək ki, digər yarımfinal matçı mayın 16.00-da "Xan Lənkəran" və "Araz Naxçıvan" arasında keçiriləcək.