"Ağsu Siti"dən rahat qələbə, "Cəbrayıl"dan darmadağın

26.03.2022 16:55 711
Ölkə futbolu
Bu gün Region Liqasinin pley-off mərhələsinə start verilib.

İlk oyun günündə 2 matç baş tutub.

"Ağsu Siti" doğma meydanda "Karvan"ı qəbul edib. Matç ağsuluların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün ən bol qollu matçı İmişlidə keçirilib. Yerli komanda "Cəbrayıl"ı qəbul edib. Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv matçdan 5:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, sabah pley-off mərhələsinin ilk görüşləri çərçivəsində daha 4 matç keçiriləcək.