• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Avropaya yollanacaq komandalar nə etməlidi? - Mütəxəssislər AÇIQLADI

Premyer-liqa / Manşet

8-06-2024, 12:0

Futbol mövsümü başa çatan kimi ölkə klubları dəyişiklik prosesinə start verib.

Premyer-liqa təmsilçiləri hələ “transfer pəncərəsi”nin açılmamasına baxmayaraq, yollarına kiminlə davam edəcəyini qərar verməyə başlayıblar. Kimi ən güclü futbolçusunu yola salır, kimi də heyətinə ən güclüləri cəlb edir. Düzdü, avrokuboklara qatılmayan komandaların seçim prosesi üçün hələ yetərincə vaxtı var. Ölkə çempionatında yeni mövsüm avqustun 2-də başlayacaq.

Bilindiyi kimi, avrokubokların yeni mövsümündə ölkəmizi “Qarabağ”la yanaşı, “Sabah”, “Sumqayıt” və “Zirə” təmsil edəcək. Qarşısına imkan daxilində daha çox irəliləmək vəzifəsi qoyan bu klublar güclənməyə daha çox ehtiyac duyur. Tanınan mütəxəssislərə müraciət edərək, həm mövsümün yekunlarını dəyərləndirmələrini istədik, həm də “bu klublardan avrokuboklarda nə gözləyək” sualına cavab tapmaq istədik.

Vaxtilə “Neftçi”nin idman direktoru işləmiş, təcrübəli mütəxəssis Ceyhun Sultanov:

“Son mövsüm gözlənilməz surprizlərlə yekunlaşdı. "Neftçi"nin avrokubok şansını itirməsi gözlənilməz oldu. Ümumi dəyərləndirsək, çox maraqlı keçdi. Əsas iş bundan sonra başlayır. Çünki avrokuboklara vəsiqə qazanan klublar ölkəmizi layiqincə təmsil etməyi bacarmalıdı. Düşünürəm ki, heyətlərini gücləndirməsələr, Avropada onlara çətin olacaq. Bu fikri "Qarabağ"ı çıxmaq şərti ilə “Zirə”, “Sabah” və “Sumqayıt”a aid edirəm. Çünki "köhlən atlar" üçün fərqi yoxdu kim gəldi, kim getdi. Komandanın gücünə elə də təsir etmir, sistem yerində qalır. Əsas heyətin üzvlərindən olan Andrey Lunyovun göndərdilər. Düzdü, deyə bilmərik ki, top səviyyəli qapıçı idi, amma orta səviyyəli demək olar. İnanıram ki, Ağdam təmsilçisi ondan da yaxşısını tapa biləcək. Get-gəllər çox olacaq. Məsələn, "Səbail", məncə, heyətdə çox dəyişiklik etməyi düşünür. Onu deyə bilərəm ki, əsas heyətin futbolçularını buraxmaq heç də yaxşı hal deyil. Kökü saxlamaq lazımdı. Yaxşı komanda qurmaq hədəfin varsa, bu amilə diqqət yetirmək mütləqdi. Hər halda, maliyyə tərəfi böyük rol oynayır. Bu mövsüm tənqid hədəfi “ağ-qaralar” oldu. "Qarabağ"ı taxtdan salmaq istəyirsənsə, zaman, düzgün qərarlar, maliyyəni doğru bölmək lazımdı. Bu da qısa zamanda həll olunan şeylər deyil. Deyəcəklər ki, "Neftçi"yə neçə ildi vaxt verilib. "Qarabağ"ı taxtdan salmaq üçün düzgün strategiya, düzgün yanaşma və doğru məşqçi, maliyyə olmalıdı. Taxta qalxmaq mümkündü, amma orda qalmaq hər kəsin hünəri deyil. Təbii ki, mümkünsüz nəsə yoxdu. Fəqət hər klubda söz sahibi bir nəfər olmalıdı. Düşünürəm ki, 10 adamla, ayrı-ayrı qərarlarla bu mümkünsüz olacaq. Komandanı quran məşqçi olur. Bu seçimə xüsusi diqqət yetirilməlidi. Bir də var ki, klubun idman direktoru və idarə heyətinin sədri komandanı formalaşdırır. "Neftçi"də hələ ki heç bir iş düzgün işləmir. Bir qurum məsuliyyəti öz üzərinə götürüb, onun hesabatını verməlidi. Məncə, indiki halda "Neftçi"də nəyinsə düzələcəyinə ümid eləmək əbəsdi. Bir nəfər ortaya çıxmalı, bütün məsuliyyəti üzərinə götürüb işləməlidi. Avropaya yollanacaq qalan üç komandanın da yerinə yetirməli olduğu vəzifələr var. Hansısa klub qrup mərhələsinə düşməyi hədəfləyirsə, indiki heyətlə bacarmayacaq. Çox yox, bir-iki mərhələ irəliləyə bilərlərr. Məqsədə uyğun olaraq, maliyyə ayırmaq, düzgün hazırlaşmaq lazımdı. İndiki halda görünən odu ki, belə iddia yoxdu. Bəlkə də hamı dincəlir. 15 gündən sonra dəqiq deyə bilərik ki, hansı klub nə üçün oynayacaq. Yoxsa çempionata "Qarabağ"ı udmaq o demək deyil ki, avrokuboklarda mübarizə aparan hansısa komandanı məğlub edəcək potensiala sahib kollektivin var. Elə olsaydı, "köhlən atlar" la xal fərqi 20-30 olmazdı. Demək istəyirəm ki, hər komanda bir oyuna yaxşı hazırlaşa bilər. Amma bunun davamını gətirmək çətindi. Və hər mərhələ keçdikcə qarşına daha keyfiyyətli rəqiblər çıxacaq. Onlarla mübarizə aparmaq üçün komanadaların bəlli potensiala malik oyunçuları olmalıdı”.

Bu haqda fikirlərini öyrənmək üçün veteran futbolçu Elbrus Məmmədova da müraciət etdik:
“Son çempionat ümumilikdə maraqlı keçdi. Son turlar maraq dairəsində idi. İstərdim ki, komandalar çempionluq uğrunda da belə mübarizə aparsın. 2004-05-ci illərdə son tura kimi çempion bilinmirdi. Sevindirici hallardan biri odu ki, "Sumqayıt"ı yenidən avrokuboklarda görəcəyik. Komanda müəyyən qədər təcrübə yığıb. Düzdü, Ayxan Abbasovun dövründə də iki dəfə çıxış ediblər, amma təcrübəsiz idilər. Samir Abasov “Sumqayıt”ı ilk dəfə Avropaya çıxarsa belə, onun da, komandanın da yetərincə təcrübəsi var. Yəni nəsə nəticə gözləmək olar. Yaxşı olardı ki, "kimyaçılar" da, "Zirə" və "Sabah da bir-iki mərhələ ilə kifayətlənməsinlər. Əvvəllər "Qarabağ" və "Qəbələ" eyni vaxtda avrokubokların qrupunda çıxış edirdi. Azərbaycan futbolu adına uğur o olar ki, gələcəkdə digər rəqibləri ən azı "köhlən atlar"ın səviyyəsinə çatsınlar. İstər infrastruktur, istərsə də transfer məsələsində o şəkildə davam etsələr, nəticə olacaq. Həmçinin geridə qoyduğumuz mövsümdə həm 1-ci, həm də 2-ci liqanın oyunlarını sıx izləmişəm. Ötən illərlə müqayisədə fərqli, bir o qədər də maraqlı keçib. "Şamaxı"da Ramiz Məmmədov böyük iş gördü, komandanı premyer-liqaya qaytardı. "Qəbələ"nin 1-ci liqaya düşməsi məyusluq verdi. İnanıram ki, qısa müddətdə o komanda da elitaya qayıdar. 2-ci liqa və Region Liqası da sona qədər maraqlı keçdi. Transfer məsələsinə gəlincə, avrokuboklara vəsiqə qazanan klublar yaxşı transfer etməlidi. Nəticə üçün bu vacibdi. Baş məşqçilərə bu mövzuda dəstək verilməlidi ki, sonra da klub nəsə tələb edə bilsin”.


RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

8-11-2023, 15:0

"Hazırda kreativliyi ilə seçilən Murad Musayevi kim layiqincə əvəz edəcək?!" - CEYHUN SULTANOV

Ölkə futbolu / Manşet

17-04-2024, 17:0

“Zirə” avrokubok oyunları üçün stadion seçdi, “Sumqayıt” isə...

Ölkə futbolu / Manşet

31-05-2023, 22:0

Vaqif Heydərli "transfer bazarı”nın hərəkətli keçəcəyini düşünür - AÇIQLAMA

İdman

28-09-2023, 11:0

Ölkə çempionatında iki yeni komanda: "Xəzri" və "Sumqayıt

Aktual
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
Son xəbərlər
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
  • Dünən, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Dünən, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Dünən, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • 8-08-2026, 23:0
    Gözlənilən transfer rəsmiləşdi
  • 8-08-2026, 23:0
    “Valensiya”nın tarixinə düşdü
  • 8-08-2026, 22:0
    Amsterdamda qərar tutdu
  • 8-08-2026, 22:0
    Gözlənilən transfer rəsmən açıqlandı
Daha çox
Oxunub: 229
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 199
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 99
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 98
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə