“Qarabağ”da ayrılıq baş verib.
“Football-plus.az” xəbər verir ki, Andrey Lunyovla yollar ayrılıb. 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.
2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, premyer-liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.