“Qarabağ”da ayrılıq

3.06.2024 18:50 312
Premyer-liqa
“Qarabağ”da ayrılıq baş verib.

“Football-plus.az” xəbər verir ki, ağdamlılar futbolçusu Adama Diakabi ilə yollarını ayırıb. 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2023-cü ilin yanvarından “Qarabağ”da çıxış edən Diakabi 33 matçda 7 qol vurub. O, premyer-liqada 24 (5 qol), kubokda 2 (2 qol), avrokuboklarda 7 oyun keçirib. Fransalı futbolçu “Qarabağ”la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.