Fabio Qrosso “Lion” rəhbərliyindən narazıdı.
"Football-plus.az" xəbər verir ki, o, Fransa klubundan təzminat tələb edir.
Bir neçə həftə əvvəl baş məşqçi vəzifəsindən istefaya göndərilən italiyalı mütəxəssis “Lion”a sentyabrda təyinat almışdı. Qeyri-qənaətbəxş nəticələrə görə noyabrın 30-da işdən azad edilən Qrosso müqavilə ilə komandanı azı cari mövsümün sonuna qədər çalışdırmalı idi. Onunla əməkdaşlıq birtərəfli qaydada pozulduğu üçün “Lion”dan təxminən 1,5-2 milyon avro təzminat tələb edir. Bu xəbəri “Le Progres” qəzeti yayıb.