“Barselona” rəhbərliyi ilə Xavi ernandes arasındakı münasibətlər sosyumaq üzrədi.
"Football-plus.az" xəbər verir ki, klub baş məşqçinin yeni müqavilə ilə bağlı maliyyə tələblərini yerinə yetirməyə hazır deyil.
“Cadena SER”in məlumatına görə, 43 yaşlı mütəxəssis vergilər çıxılmaqla illik 12 milyon avro maaş tələb edir. Lakin məşqçi ilə “Barselona” rəhbərliyinin mövqeləri bir-birindən çox uzaqdı.
Qeyd edək ki, Xavinin klubla 2024-cü il iyunun 30-na qədər müqaviləsi var. Komanda son mövsümdə ölkə çempionluğunu və İspaniya superkubokunu qazanıb.