Bu gün final mərhələsi Riqa və Kaunasda (Latviya və Litvada) keçiriləcək AÇ-2026-nın əsas mərhələsinin püşkü atılıb.
“Football-plus.az” xəbər verir ki, 40 komanda hər birində 4 iştirakçı olmaqla 10 qrupa bölünüb. Futzal millimiz 5-ci qrupda yer alıb, Xorvatiya, İsveç və Yunanıstanla qarşılaşacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Qrup qalibləri birbaşa, ən yaxşı göstəriciyə malik 8 qrup ikincisi isə pley-off (ev-səfər) oyunlarında üz-üzə gələcək. İki oyunun yekununda üstün olan tərəf həlledici mərhələdə oynamaq hüququ əldə edəcək.
Final mərhələsində bu iştirakçılara meydan sahibləri – Latviya və Litva da qoşulacaq və 16 milli Avropa çempionu olmaq uğrunda mübarizəyə başlayacaq.
Qeyd edək ki, mərasimində ölkəmizi futzal üzrə A milli komandanın meneceri Fərrux Hüseynzadə təmsil edib.
AVRO-2026-nın oyun günləri:
Əsas mərhələ: 9-18 dekabr 2024, 27 yanvar – 5 fevral 2025, 3-12 mart 2025, 7-16 aprel 2025.
Pley-off / püşkatma: 15 may 2025
Pley-off / oyunlar: 15-24 sentyabr 2025
Final mərhələsi (Latviya və Litva): 18 yanvar – 8 fevral 2026