Bununla da “kimyaçılar” tarixində 2-ci dəfə Avropaya vəsiqəni təmin etdi. Oyunda diqqəti çəkən məqamlardan biri projektorların start fitindən 10 dəqiqə sonra işə düşməsidi. Projektorlarda hansısa nasazlıq baş verib-vermədiyini öyrənmək üçün klubun mətbuat katibi Zaur Xudiyevlə danışdıq:
“Xeyr, qətiyyən heç bir nasazlıqdan söhbət gedə bilməz. Sadəcə, hava durumundan asılı olan şeydi. Ki, bu da normaldı. Çünki getdikcə gündüzlər daha uzun olur, əvəzində gecələr qısalır. Təbiət hadisəsidi, burda qeyri-adi heç nə yoxdu. Projektorlarda hansısa nasazlıq olsaydı, 10 dəqiqəyə həll etmək olmazdı”.
KAMAL SƏFƏR





