"Qarabağ"ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro yığmasına dəvət olunub.
“Football-plus.az” xəbər verir ki, baş məşqçi Robert Prosineçki ümumilikdə 25 nəfərə dəvət göndərib.
Qeyd edək ki, Monteneqro millisi iyunun 5-də Brüsseldə Belçika ilə, iyunun 9-da Podqoritsada Gürcüstanla yoldaşlıq oyununda qarşılaşacaq.