“Bavariya”nı tərk edəcəyi rəsmiləşən Tomas Tuxelə təzminat ödəniləcək.
“Football-plus.az” xəbər verir ki, yerli jurnalist Florian Plettenberqin sosial şəbəkə hesabları vasitəsilə yaydığı xəbərə görə, təzminat 10 milyon avrodan çox olacaq. Məlumatda Tuxelin məşqçilər heyətinin maaşının 2025-ci ilin yayına qədər ödəniləcəyi də qeyd olunur.
Xatırladaq ki, bir neçə gün əvvəl “Bavariya”nın Tuxeli komandada saxlamaq istədiyi məlum olmuşdu. Alman mütəxəssis rəhbərlik qarşısına klubun transfer siyasətinə real şəkildə təsir göstərmək kimi bir sıra şərtlər qoyub. O, hansı futbolçuların satılmalı və kimlərin alınmalı olduğunu müstəqil müəyyənləşdirmək istəyib. Lakin rəhbərlik bu şərti qəbul etməyib.