Kişi basketbolçular arasında ölkə çempionatında final seriyasının 3-cü oyunu da arxada qaldı.
"Sabah" ardıcıl 2-ci dəfə “Xəzri”ni məğlub etməklə çempionluğa bir addım da yaxınlaşdı. Görəsən, seriyaya qələbə ilə başlayan "Xəzri"nin sonradan oyununun alınmamasının səbəbi nədi? "Football-plus.az" bu suallarla komandanın baş məşqçisi Murat Dikmənə müraciət edib:
"İlk oyunda çox yaxşı oynasaq da, son iki matçda müdafiədə və hücumda istədiyimizi edə bilmədik. Rəqib də buna imkan vermədi. “Sabah” bizdən yaxşı komanda deyil, sadəcə, daha təcrübəlidi. Oyunçu potensialımız məhduddu, bu üzdən oyuncularımız çox yorulur. Ona görə də matçın sonunda çətin anlar yaşayırıq”.
Xatırladaq ki, final seriyasında üç qələbə qazanan komanda qızıl medallara sahib çıxacaq. Bu seriyada 4-cü oyun bu gün saat 19.30-da başlayacaq.
GÜNAY SÜLEYMANOVA