“Xəzri” və “Sabah” arasında "Sərhədçi"də keçirilən matçda “tələbələr” qələbə qazanıb - 94:63 (24:13, 22:16, 29:17, 19:17). Xatırladaq ki, bu komandalar arasındakı ilk qarşılaşmada "Xəzri" qalib gəlmişdi (95:70).
Seriyanın növbəti görüşü mayın 22-də keçiriləcək. Üç qələbə qazanan komanda qızıl medallara sahib çıxacaq.
Şənbə günü isə 3-cü yer uğrunda seriyanın ikinci oyunu keçirilib: NTD-İndiqo – Xırdalan 92:83 (25:23, 26:25, 17:17, 24:18).
Xaçmaz klubu bu qələbə sayəsində bürünc medalları qazanıb. Oyundan sonra “NTD-İndiqo”nun baş məşqçisi Tahir Baxşıyevlə danışdıq:
“Xırdalan” çox yaxşı komandadı. Yarımfinala çıxmaqla iddialı olduqlarını göstərdilər. Deməzdim ki, biz onlardan çox güclü idik. Birinci oyunda rəqibin iki basketbolçusu texniki fol aldıqlarına görə oynaya bilmirdi. Bu bizim üçün qələbə qazanmaq baxımından müsbət hal oldu. İkinci matç çox çətin və gərgin keçdi. Buna baxmayaraq, qalib gəldik. 5-6 gün istirahətə ehtiyacımız var. Gələn mövsümdə isə heyətdə bəzi dəyişikliklər olacaq. İyunda hansı oyunçularla çıxış edəcəyimizi fikirləşməyə başlayacayıq".
GÜNAY SÜLEYMANOVA





