"Football-plus.az" saytı olaraq söylənilənlərin səhihliyini aydınlaşdırmaq üçün Yaşar Vahabzadə ilə əlaqə saxladıq. Onun söylədiklərinə keçid alaq:
"Mənim heç nədən xəbərim yoxdu. Yaxın yoldaşlardan zəng vurub təbrik edəni də var, məsələnin doğruluğunu aydınlaşdıran da. Mən də bu haqda saytlardan oxumuşam. Amma ortada rəsmi və ya qeyri-rəsmi təklif yoxdu".
Təcrübəli mütəxəssis Tərlan Əhmədovun "Kəpəz"dəki taleyi haqda da danışdı:
"Baş məşqçini saxlamaq və ya yola salmaq klubun daxili işidi. Bu barədə kənardan nəsə demək düz çıxmaz. Amma bir məsələni xüsusi qeyd edim ki, Tərlan Əhmədov nəticə qazanan məşqçilərimizdəndi. Gördüyü iş də göz önündədi. Adam bütün çətinliklərə rəğmən, "Kəpəz"i elitada saxlaya bildi. Hər halda, qarşıya qoyulan məqsədə çatan mütəxəssisin komandada saxlanılması daha məntiqli olar, nəinki yola salınması".

ABDULLA İSMAYILOĞLU