Dünən Şərq konfransında final seriyası start götürdü.
“Football-plus.az” xəbər verir ki, “Boston” “İndiana” ilə seriyanın ilk oyununda mərkəz oyunçusu Kristaps Porzingisin xidmətindən məhrum idi. Litva yığmasının 28 yaşlı oyunçusu əvvəlki mərhələnin – “Klivlend”lə seriyanın da bütün oyunlarını buraxmışdı. “Boston” Porzingissiz də ilk oyunda “İndiana”nı məğlub edə bildi. Bu qələbədə “Seltiks”in forvardı Ceyson Teytum 36 xal və 12 ribaund ilə önəmli rol oynadı.
22 may
Boston – İndiana 133:128 OT (34:31, 30:33, 30:29, 23:24, 16:11)
Seriyada hesab – 1:0.