MBA-da konfrans yarımfinallarından biri başa çatdı.
“Football-plus.az” xəbər verir ki, “Klivlend”i seriyanın 5-ci oyununda məğlub edən (113:98) “Boston” ardıcıl 3-cü dəfə Şərq konfransında finala çıxdı. “Seltiks” konfrans finalında “Nyu-York” – “İndiana” cütünün qalibi ilə qarşılaşacaq. Xatırladaq ki, “Boston” müntəzəm çempionatın sonunda Şərq konfransında 1-ci, “Klivlend” isə 4-cü yeri tutmuşdu. Ardıcıl üç final “Boston”un son 36 ildəki ən uzun seriyasıdı. “Seltiks” sonuncu dəfə 1984-88-ci illər aralığında ardıcıl 5 dəfə Şərq konfransında finala çıxmışdı.
16 may
Boston – Klivlend 113:98 (28:28, 30:24, 27:26, 28:20)
Seriyada hesab – 4:1.
Oklahoma-Siti – Dallas 92:104 (22:24, 22:30, 23:25, 25:25)
Seriyada hesab – 2:3.