Dünyanın kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb.
“Football-plus.az” xəbər verir ki, kişilərin sıralamasında ilk üç pillənin sahibi dəyişməyib. Novak Cokoviç zirvədə qərarlaşıb. Serbiyalı ulduzu Yannik Sinner və Karlos Alkaras izləyir. Daniil Medvedev isə 2023-ün aprelindən bəri ilk dəfə “4-lüy”ü tərk etdi. Romada keçirilən “Masters” seriyalı turnirin qalibi Aleksandr Zverev onu arxada qoydu. Kişilərin sıralamasında ilk “10-luq”da Xubert Xurkaçla Stefanos Sisipas da yerini dəyişib.
Qadınların sıralamasına gəlincə, Mariya Sakkari Sinven Çjeni 7-ci pillədən sıxışdırıb.
ATP reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 9860
2 (2). Yannik Sinner (İtaliya) 8770
3 (3). Karlos Alkaras (İspaniya) 7300
4 (5). Aleksandr Zverev (Almaniya) 6345
5 (4). Daniil Medvedev (Rusiya) 6295
6 (6). Andrey Rublev (Rusiya) 4700
7 (7). Kasper Ruud (Norveç) 4185
8 (9). Xubert Xurkaç (Polşa) 3885
9 (8). Stefanos Sisipas (Yunanıstan) 3700
10 (10). Qriqor Dimitrov (Bolqarıstan) 3615
WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 11695
2 (2). Arina Sobolenko (Belarus) 8138
3 (3). Kori Qauff (ABŞ) 7638
4 (4). Yelena Rıbakina (Qazaxıstan) 5673
5 (5). Cessika Pequla (ABŞ) 4550
6 (6). Marketa Vondrouşova (Çexiya) 4035
7 (8). Mariya Sakkari (Yunanıstan) 3980
8 (7). Sinven Çjen (Çin) 3945
9 (9). Ons Jaber (Tunis) 3748
10 (10). Yelena Ostapenko (Latviya) 3318
* - əvvəlki reytinqdə yerini göstərir.