Dünyanın ən güclü kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, kişilərin reytinqində ilk “10-luq”da heç bir yerdəyişmə yoxdu. Əvvəlki kimi yenə də siyahının önündə Novak Cokoviç qərarlaşıb. Karlos Alkaras ikinci, Daniil Medvedev üçüncüdü.
Qadınların reytinqinə gəlincə, yalnız Yelena Rıbakina ilə Cessika Pequla yerini dəyişib. WTA reytinqinin lideri İqa Sventekdi. 2-ci pillədə Arina Sobolenko, 3-cü pillədə isə Kori Qauff qərarlaşıb.
ATP reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 9855
2 (2). Karlos Alkaras (İspaniya) 9255
3 (3). Daniil Medvedev (Rusiya) 8765
4 (4). Yannik Sinner (İtaliya) 8070
5 (5). Andrey Rublev (Rusiya) 5050
6 (6). Aleksandr Zverev (Almaniya) 5030
7 (7). Holger Rune (Danimarka) 3695
8 (8). Hubert Hurkaç (Polşa) 3595
9 (9). Teylor Frits (ABŞ) 3150
10 (10). Stefanos Sisipas (Yunanıstan) 3025
WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 9770
2 (2). Arina Sobolenko (Belarus) 8905
3 (3). Kori Qauff (ABŞ) 7200
4 (5). Yelena Rıbakina (Qazaxıstan) 6088
5 (4). Cessika Pequla (ABŞ) 5705
6 (6). Ons Jaber (Tunis) 4183
7 (7). Çjen Sinven (Çin) 3766;
8 (8). Marketa Vondrouşova (Çexiya) 3736
9 (9). Mariya Sakkari (Yunanıstan) 3630
10 (10). Karolina Muxova (Çexiya) 3520
* - əvvəlki reytinqdəki yerini göstərir.