Dünyanın aparıcı kişi və qadın tennisçilərinin ənənəvi həftəlik reytinqi açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, italiyalı Yannik Sinner ATP reytinqində 2-ci pilləyə yüksəlib. O, Mayamidə keçirilən “Masters” seriyalı turnirin finalında bolqar Qriqor Dimitrovu məğlub etməklə (6:3, 6:1) buna nail olub. 22 yaşlı italiyalı Karlos Alkarası 2-ci pillədən sıxışdırıb. Dimitrov da 2018-ci ildən bəri ilk dəfə “10-luğ”da yer alıb. Kişilərin reytinq cədvəlinə əvvəlki kimi Novak Cokoviç başçılıq edir.
Qadınların reytinqinə gəlincə, burda yalnız 7-9-cu pillələrlə bağlı müəyyən yerdəyişmələr var. Mariya Sakkari 9-cu pillədən 7-yə qalxıb, Çjen Sinvenlə Marketa Vondrouşova yerini dəyişib.
АТР reytinqi
1 (1*). Novak Cokoviç (Serbiya) 9725
2 (3). Yannik Sinner (İtaliya) 8710
3 (2). Karlos Alkaras (İspaniya) 8645
4 (4). Daniil Medvedev (Rusiya) 7165
5 (5). Aleksandr Zverev (Almaniya) 5415
6 (6). Andrey Rublev (Rusiya) 4890
7 (7). Holger Rune (Danimarka) 3795
8 (8). Kasper Ruud (Norveç) 3615
9 (12). Qriqor Dimitrov (Bolqarıstan) 3540
10 (9). Hubert Hurkaç (Polşa) 3425
WTA reytinqi
1 (1). İqa Sventek (Polşa) 10835
2 (2). Arina Sobolenko (Belarus) 8045
3 (3). Kori Qauff (ABŞ) 7205
4 (4). Yelena Rıbakina (Qazaxıstan) 5848
5 (5). Cessika Pequla (ABŞ) 4860
6 (6). Ons Jaber (Tunis) 4118
7 (9). Mariya Sakkari (Yunanıstan) 4030
8 (7) Çjen Sinven (Çin) 3995
9 (8). Marketa Vondrouşova (Çexiya) 3895
10 (10). Yelena Ostapenko (Latviya) 3438
* - əvvəlki reytinqdəki yerini göstərir.