• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnfantino tənqid və iradlara cavab verdi

Dünya futbolu

23-05-2024, 10:0

Mayın 16-17-də FİFA-nın 74-cü konqresi keçirilib.

Taylandın Banqkok şəhərində baş tutan tədbirdə bir sıra aktual məsələlər müzakirə olunub. Onlardan bəzilərinin müzakirəsi xüsusi xarakter daşıyıb.
FİFA VAR-la bağlı yeni qayda tətbiq etməyə hazırlaşır. Bu barədə qurumun prezidenti Canni İnfantino bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat məşqçilərə VAR-ın nəzərdən keçirilməsini tələb etməyə icazə verməyi planlaşdırır. İnfantino məşqçilərin hər oyunda iki dəfə VAR-dan kömək istəyə biləcəyini deyib:

“VAR-dan istifadə üçün daha universal texnologiya yaradılıb. Beləliklə, bu sistem hər kəs üçün daha da əlçatan olacaq. Məşqçilər oyun ərzində iki dəfə VAR-dan kömək istəyə biləcəklər. Futbolçular isə bu barədə məşqçidən soruşa bilərlər. Hakimin ilkin qərarı dəyişdirilərsə, məşqçilər sorğu vermək imkanını itirməyəcək və iki dəfə videobaxış tələb edə biləcəklər”.

Yeri gəlmişkən, İngiltərə premyer-liqasında çıxış edən klubların növbəti mövsümdən VAR-ın ləğvinə səs verəcəyi məlum olub. Bu hadisənin iyunun 6-da reallaşacağı gözlənilir. Təklifin qəbulu üçün premyer-liqanın 20 iştrakçısından 14-nün müsbət səs verməsi tələb olunur. Amma liqanın rəhbərliyi VAR-ın tətbiqinə davam etməyin tərəfdarıdı.

Qeyd edək ki, bundan əvvəl oxşar səsvermə İsveçdə də keçirilib. Bu ölkənin yüksək liqasında yarışan əksər klublar VAR-ı tətbiqinin əleyhinə səs veriblər. Artıq İsveçdə hakimə videoköməkçi sistemindən istifadə olumur. UEFA-nın reqlamentinə görə, ölkələr öz daxili turnirlərini VAR-la və ya VAR-sız keçirməkdə sərbəstdi.

Diqqəti cəlb edən digər mübahisəli məsələ il ərzində keçirilən rəsmi oyunların sayının çoxluğu ilə bağlıdı. “The Times” qəzeti mayın 9-da Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası (FİFPro) və Ümumdünya Liqalar Forumunun (WLF) Klublararası Dünya Çempionatının (KDÇ) yeni formatında iştirakçıların sayının 32-yə qədər artırmasına görə FİFA-nı məhkəməyə verə biləcəyi haqda xəbər yayıb. FİFPro və WLF bu halda futbolçuların həddən artıq fiziki yüklənməyə məruz qalacağı və zədələnmə riskinin artacağından narahatdı. İnfantino konqresdəki çıxışında rəhbəri olduğu qurumun il ərzində keçirilən klub və milli komanda səviyyəli oyunların yalnız 2 faizini təşkil etdiyini vurğulayıb. Həmin matçlardan əldə olunan qazancın FİFA-nın 211 üzvü arasında bölüşdürüldüyünü də qeyd edib:
“FİFA-nın guya il ərzində həddən artıq oyun təşkil etdiyini eşitmişəm. Başqa sözlə, təqvim bizim təşkilatın sayəsində tam doludu. Amma həqiqət budu ki, FİFA daha çox yeniyetmələr arasında turnir keçirir. KDÇ-yə gəlincə, təşkilatımız dünyanın aparıcı klublarının il ərzindəki oyunlarının yalnız 1 faizini təşkil edir. Milli komandalarla bağlı mənzərə də eynidi. Biz bu yarışların iştirakçılarının sayını artırırıq. Amma oyunların ümumi sayının vur-tut 1-2 faizi bizim bayrağımız altında keçirilir. Qalan 98-99 faizi isə liqalar və assosiasiyaların payına düşür. Oyunların təşkilindən əldə edilən qazanc FİFA-ya üzv olan ölkələr arasında bölünür. Əlbəttə, bunu yoxlamaq olar. Amma bu rəqəmlərin debatlara son qoyulması üçün əsas olacağına ümid edirəm”.

Konqresdə maraqlı qarşıdurma da yaşanıb. Fələstin Futbol Assosiasiyasının (FFA) prezidenti Cibril Racup FİFA-dan İsrail Futbol Federasiyasının (İFF) bu təşkilatdakı üzvlüyünü müvəqqəti dayandırmağı və İFF-yə sanksiya tətbiqini tələb edib. O, İFF-nin FFA-nın fəaliyyətinə maneələr törətdiyini əsas gətirib. Ofer Eyni rəhbəri olduğu İFF-nin FİFA-nın reqlamentini pozmadığını və FFA-nın təşəbbüsün idmanın ruhuna və FİFA-nın dəyərlərinə zidd olduğunu bildirib. Maraqlıdı ki, İnfantino fələstinlilərin tələbinə baxılacağını deyib:
“Hazırkı vəziyyətin həssas xarakterini nəzərə alan FİFA Fələstin tərəfinin iradlarını araşdırmaq və dəyərləndirməyi müstəqil hüquqşünaslara həvalə edib. Araşdırmanın nəticələri FİFA Şurasına təqdim ediləcək. Təşkilatımızın bu orqanı iyulun 20-nə qədər qərar verəcək”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

18-03-2023, 21:0

İnfantino postunu qorudu

Dünya futbolu

3-07-2022, 23:0

Yeni FIFA prezidenti bu tarixdə seçiləcək

Dünya futbolu

6-03-2024, 17:0

İnfantino: “Mavi vərəqəyə qırmızı vərəqə göstəririk!”

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Dünən, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Dünən, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Dünən, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Dünən, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Dünən, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Dünən, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Dünən, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Dünən, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Dünən, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Dünən, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Dünən, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Dünən, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Dünən, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Dünən, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Dünən, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • 28-07-2026, 23:0
    İngiltərədə klubunu dəyişəcək
  • 28-07-2026, 23:0
    “Sabah” və Mikels 10-a çatdı
Daha çox
Oxunub: 275
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 213
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 206
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə