1-ci divizionda mükafatlandırma mərasimi mayın 17-də, saat 19.30-da, "ASK Arena"da keçiriləcək.
Bu barədə sizə məlumat vermişdik. Bundan əlavə PFL son turun oyunlarının başlama saatını dəyişib. Həm mükafatlandırma, həm də matçlarının vaxtının dəyişməsi ilə əlaqədar sualımızı PFL-ın mətbuat xidmətinin rəhbəri Aslan Şahfəgəldiyevə ünvanladıq:
"1-ci divizionun oyunlarının saatını mükafatlandırma ilə bağlı dəyişdik. Bizim mükafatlandırma ilə bağlı müxtəlif variantlarımız var idi. Ən son dünən açıqladığımız variant üzərində dayandıq. Səbəb odu ki, oyun bitəndən sonra komandalar mükafatlandırma mərhələsinə gəlib çata bilsinlər deyədi. Yubanmasınlar, tıxacda qalmasınlar. Mükafatlandırma "ASK Arena"da olacaq. "Şamaxı-2"də mükafatlandırma sırasındadı. Bundan əlavə, stadion mükafatlandırma üçün uyğundu. Hər hansı komandanın gecikməsi olarsa, hava qaralarsa o stadionda işiqlandırma sistemi də var. Burda yeganə məsələ odu ki, "Sabah-2" səfərdə "Kəpəz" ilə oynayacaq. Əgər sonuncu turun nəticəsindən asılı olaraq "Sabah-2" də mükafatlandırılanlar sırasına düşərsə, onların medalları daha sonra təqdim olunacaq. Mükafatlandırma da həmdə səhnə quraşdırılır. Səhnənin meydana gətirilməsi, çıxarılması bunlar mütləqdi. Ən uyğun variant "ASK Arena" oldu".
GÜNAY VƏLİYEVA