"NTD-İndiqo" liderlərə çatdı

27.01.2024 19:16 207
İdman
Basketbol Liqasında 12-ci turun daha bir oyunu keçirilib.

"Football-plus.az" xəbər verir ki, günün yeganə matçında "NTD-İndiqo" "Gəncə"nin qonağı olub.

Qarşılaşma Xaçmaz klubunun qələbəsi ilə yekunlaşıb - 94:80. Xallarının sayını 22-yə çatdıran "NTD-İndiqo" liderlər qrupundakı "Sabah" və "Xəzri"yə çatıb. Meydan sahibləri isə 14 xalla 9-cu sıradadı.

Qeyd edək ki, tura sabah baş tutacaq "Şəki" - "Neftçi" görüşü ilə yekun vurulacaq.

Daha əvvəl "Xəzri" "Cəbrayıl"ı (100:81), "Xırdalan" "Sabah"ı (107:103), "Sərhədçi" isə "Sumqayıt"ı (91:63) məğlub edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul