“Kəpəz”lə bağlı söz-söhbət səngimək bilmir.
Xüsusilə son iki mövsümdə ünvanına ciddi ittihamlar səsləndirilən klub haqda yeni iddialar yayılıb. Bəzi media qurumlarında və sosial şəbəkələrdə yayılan məlumata görə, iyunun əvvəlində “sarı-göylər”in rəhbərliyində dəyişiklik ediləcək. Belə ki, “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri başda olmaqla, bir çox vəzifəli şəxs yeni simalarla əvəzlənəcək.
Dəyişiklikləri şərtləndirən amillər isə gəncəlilərin sabiq baş məşqçisi Tərlan Əhmədovun dəfələlərlə dilə gətirdiyi ittihamlardı. Artıq bu barədə “Kəpəz”in indiki rəhbərliyinə məlumat verildiyi bildirilir. Qeyd olunanlarla bağlı klubun rəsmi mövqeyini öyrənməyi lazım bildik. “Sarı-göylər”in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev “Football-plus.az”a açıqlamasında yayılan informasiyaların həqiqəti əks etdirmədiyini dedi. Klub rəsmisinin sözlərinə görə, bunlar şayiədən başqa bir şey deyil.
KƏNAN BAHADIR