• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF bu yay yeni prezidentini seçəcək

Dünya futbolu

11-04-2024, 23:0

Türkiyə Futbol Federasiyası, nəhayət, radikal addımlar atmaq qərarına gəldi.

“Football-plus.az” xəvər verir ki, böyük təzyiq öz bəhrəsini verdi. Bu yay TFF-də prezident seçkisi olacaq!
Srağagün TFF-nin bəzi yönəticiləri, eləcə də başqan Mehmet Büyükekşi Adıyamanda keçirilən bir sıra tədbirlərdə iştirak etdilər. Onlar zəlzələdən sonra konteynerlərdən qurulan bir məhəlləni ziyarət etdilər. Bu ziyarətdə Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montella ilə yanaşı, Səbri Sarıoğlu, Hasan Kabze, Səlcuk Şahin, Səbri Sarıoğlu, Gökhan Gönül kimi sabiq futbolçular da iştirak etdi. Onlar bu ərazidə qurulmuş meydanda uşaqlarla futbol oynadılar. Daha sonra jurnalistlərin önünə çıxan Büyükekşi əsas xəbəri ictimaiyyətə açıqladı. O, iyulun 18-də federasiyada növbədənkənar seçkinin olacağını dedi:

“Bildiyiniz kimi, yayda bu vəzifədəki ikinci ilimizi tamamlayacağıq. İdarə Heyətimizin qərarı ilə iyulun 18-nə təsadüf edəcək maliyyə toplantısında həm də növbədənkənar prezident seçkisi keçirəcəyik. Bu qərar Türkiyə futboluna xeyirli olsun”.


Xatırladaq ki, daha öncə “Qaziantep”in başqanı olmuş 62 yaşlı Büyükekşi 2022-ci il iyunun 16-da keçirilən seçkidə 209 səsdən 158-ni toplayaraq federasiyanın prezidenti seçilmişdi. Düzdü, texnologiya və sistem baxımından Büyükekşi Türkiyə futboluna bəzi yeniliklər gətirdi. Üstəlik yığma komanda seçmə mərhələni uğurla başa vuraraq AÇ-2024-ə vəsiqə qazandı. Amma o, Türkiyə futbolunun “qanayan yarası” olan hakimliyi düzəldə bilmədi. Bu üzdən klubların böyük əksəriyyəti onun istefasını tələb edir. Özü də mümkün qədər tez. Hətta o qədər tez ki, klubların fikrincə, seçkinin iyulun 18-nə salınması düzgün deyil. Bu arada Türkiyə mətbuatının yazdığına inansaq, superliqa klubları rəsmi şəkildə imza toplamağa başlayıb. Səsvermə hüququ olanların 40 faizinin imzası toplansa, Büyükekşi 30 gün ərzində seçki keçirmək məcburiyyətində qalacaq. Klub rəhbərlərinin və xüsusilə də Klublar Birliyinin, eləcə də “Fənərbaxça”nın başqanı Əli Koçun fikrincə, Büyükekşinin seçkini məhz iyulun 18-nə təyin etməsi səbəbsiz deyil. Belə ki, həmin vaxta qədər AÇ-2024 başa çatacaq. Büyükekşi də Türkiyənin həmin turnirdə uğurlu çıxış edəcəyinə ümid edir. O, bunun sayəsində yenidən namizədliyini irəli sürərək vəzifədə qalacağını düşünür. Amma klublar bu ssenarinin baş verməsini istəmir. Şayiələrə inansaq, klub prezidentlərinin olduğu “vatsap” qrupunda 20 başqandan əvvəlcə 15-i seçkinin daha tez keçirilməsi üçün imza verməyə hazır olduğunu açıqlayıb. Amma nədənsə sonradan “Qalatasaray”la “Trabzonspor”un başqanları sözündən geri çəkildi. Hazırda 20 klubdan 13-ü mayın sonlarında və ya iyunun əvvəllərində seçki keçirilməsini istəyir. Bu arada deyilənə görə, TFF-nin sabiq 1-ci başqan vəkili, hazırda UEFA-nın idarə heyətinin üzvü olan Sərvət Yardımcı qarşıdakı seçkidə namizədliyini irəli sürəcək.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-06-2022, 18:0

TFF prezidentliyinə 9 namizəd ortaya çıxdı!

Aktual

13-05-2023, 10:0

TFF prezidentliyinə ilk namizəd peyda oldu

Dünya futbolu

9-07-2022, 11:0

Hakimlər Komitəsinin yeni sədri bəlli oldu

Dünya futbolu

20-08-2022, 13:0

TFF başqanı “Beşiktaş”ın cavabını verdi

Dünya futbolu

27-10-2023, 16:0

“Beşiktaş”da seçkinin tarixi dəqiqləşdi

Dünya futbolu

24-10-2023, 10:0

''Beşiktaş''da seçkilərin tarixi bəlli oldu

Aktual
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
“Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Son xəbərlər
  • Bu gün, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Bu gün, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Bu gün, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Bu gün, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Bu gün, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Bu gün, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Bu gün, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Bu gün, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Bu gün, 16:35
    Hamıdan yaxşı o oldu
  • Bu gün, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Bu gün, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Bu gün, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Bu gün, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Bu gün, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Bu gün, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Bu gün, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Bu gün, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Bu gün, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Bu gün, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Bu gün, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Bu gün, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Bu gün, 10:12
    UEFA reytinqində liderik!
  • Bu gün, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Bu gün, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Bu gün, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Bu gün, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
  • Bu gün, 00:30
    "Qarabağ" "Vestri"ni keçsə, Sofiya klubu ilə qarşılaşacaq
  • Bu gün, 00:08
    Nəhənglərin ulduzları əldən çıxa bilər - onlardan biri qalmaq, digəri ayrılmaq istəyir
  • Dünən, 23:30
    Vembanyama 252 milyon dollarlıq müqavilə bağladı!
  • Dünən, 23:01
    "Vestri" - "Qarabağ": START HEYƏTLƏRİ
  • Dünən, 21:51
    “Qarabağ”ın səfər oyunu göstəriləcək!
  • Dünən, 21:06
    6 milyon avroluq KuPS... - ötən il tarix yazan finlər “Sabah”a qarşı
  • Dünən, 20:45
    AFFA-da qadın liqalarının klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 20:23
    “Qalatasaray” bu yayın ilk transferini reallaşdırdı
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə