Fərdi mükafatlar Dayç ilə Palmerə çatdı

13.05.2024 23:50 153
Dünya futbolu
İngiltərə premyer-liqasında aprelin ən yaxşıları müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, iki nominasiya üzrə mükafat fərqli komandaların üzvlərinə çatıb.

Ayın ən yaxşı məşçqçisi adı Şon Dayça qismət olub. Onun çalışdırdığı “Everton” apreldə premyer-liqada keçirdiyi 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə ayrılmışdı. Liverpul şəhərinin təmsilçisi hazırda 36 oyuna 37 xalla 15-ci yeri tutur.

Ötən ayın ən yaxşı oyunçusu üçün ayrılan mükafat isə Koul Palmerə çatıb. “Çelsi”nin yarımmüdafiəçisi apreldə premyer-liqada meydana çıxdığı 4 oyunda 7 qol vurmuş və 1 məhsuldar ötürmə vermişdi.