• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ” 600-ə yaxın uşağı baxışdan keçirib - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet / Müsahibə

11-05-2024, 14:0

“Qarabağ” Futbol Akademiyası bir neçə gün əvvəl futbolçu seçimlərini elan etdi.

Seçimlər əsasən 2010-18 təvəllüdlü uşaqlar arasında olmaqla Bakıda və bölgələrdə aparıldı. Elan veriləndən sonra sosial şəbəkə üzərindən ciddi marağın olması diqqətimizi çəkdi. Son illər qazandığı nəticələrlə Avropaya səs salan “köhlən atlar”ın populyarlığı artıb. Yəni ölkə futbolunun əsas problemini uşaq futbolunda görənlər bu yöndə böyük addımları da məhz “Qarabağ”dan gözləyir. Hətta belə fikirlər də var ki, “Qarabağ” bu uğurlarının fonunda uşaq futbolunda da inqilab etməlidi. Həm seçimlər, həm də bəzi başqa məsələlər ilə bağlı "Qarabağ"ın akademiyasının baş meneceri Nail Kərimovla söhbət etdik.

- Nail bəy, əvvəlcə akademiyanın keçirdiyi seçimlər barəsində məlumat verərdiz...
- Bu prosesə Bakıda başladıq. Mayın 1-dən 5-nə qədər ibtidai siniflər üçün seçimləri həyata keçirdik. Həmin seçimlərdə 300-ə yaxın uşaq iştirak etdi. Onlar arasından 30-a yaxın futbolçunu növbəti mərhələ üçün çağırdıq. Bəziləri komandalarla birgə məşqlərə çıxdı və davam edir. Bəziləri isə bir müddət sonra yenə gələcək. Bir neçə futbolçu ilə artıq müqavilə imzalamışıq. Bölgələrdə olan seçimlərimiz üç istiqamətdə - Qusar, Şirvan və Lənkəran şəhərlərində baş tutdu. Orda da çox istedadlı uşaqlar var. Məşqçi heyətimiz namizədlərin siyahısıni hazırlayaraq bizə təqdim edib. Biz də mərhələli şəkildə o uşaqları dəvət edəcəyik, Bakıya gələcəklər. Burda komandalarımızla bir neçə məşqə çıxandan sonra konkret qərarımızı verəcəyik. Ümumiyyətlə, 600-ə yaxın futbolçuya baxmışıq.  

- Akademiyaya nə qədər futbolçu seçilib?
 - Seçimlər zamanı Bakıda 30, digər üç bölgədə ayrılıqda 30-40 futbolçu müəyyənləşdirmişik. Amma onlar hələ tam seçilmiyib. Belə ki, seçimlər açıq oldu və kim istədisə, iştirak etdi. İlk mərhələni keşənlər məşqlərə dəvət olunur. Uğurlu olarsa, müqavilə məsələlərinə gəlib çatırıq.  

 - Növbəti seçimlər nə vaxt baş tutacaq?
- İyunun sonuna planlaşdırılıb. Bununla da artıq yekun vurulacaq.

- Ötən illərlə müqayisədə ümumi vəziyyət necədi?  
- Şəxsən mən iştirak etməsəm də, bir neçə yerdə Aftandil Hacıyev özü oldu. Onunla söhbətdə və təqdim olunan hesabatlarda da görmüşük ki, kifayət qədər istedadlı futbolçular var. Hər yerdə belə istedadların olması bizi daha çox sevindirdi. Sadəcə, onları axtarıb-tapıb, üzə çıxarmaq lazımdı. Əsas məsələ bacaraqlı futbolçuların olmasıdı. 

- Hansı bölgədə daha yüksək fəallıq müşahidə olundu?
- Heç bir fərq yoxdu. Qusarda da, Şirvan və Lənkəranda da çox bəyəndiyimiz uşaqlar oldu. Həmin seçimlərdə Salyan, Masallı və Astaradan, hətta Beyləqandan olan uşaqlar iştirak etdi. Yəni üç bölgə üzrə seçim elan etsək belə, başqa rayonlardan olan namizədlər də özünü sınadı. Onları da növbə ilə dəvət edəcəyik, Bakıya gələcəklər. Gələcəkdə həm paytaxtda, həm də digər rayonlarda seçimlərə davam edəcəyik. 

- "Qarabağ" ın son illərdəki uğurlarına görə xüsusi bir gözlənti var. Sanki akademiyaya daha çox diqqət ayrılmalıdı. Bunun üçün əlavə yenilik tətbiq olunurmu? 
- Hazırda vəziyyət müsbətə doğru dəyişir. Mövsümün əvvəlində Aftandil Hacıyevin təyinatı, məşqçi heyətinin nisbətən genişləndirilməsi, yaxınlarda "Qarabağ"ın əsas məskunlaşdıği yerlərdən "Sərhədçi” Olimpiya İdman Kompleksinin örtüyünün dəyişdirilməsi və istifadə etdiyimiz texniki bazanın yenilənməsi qeyd olunası məqamlardı. Demək olar ki, akademiyamızın əksər yaş qruplarını bir neçə dəfə beynəlxalq yarışa göndərmişik. Bu iş mövsümün sonuna qədər davam edəcək. Növbəti il üçün yeni plan işləyib, daha səliqəli şəkildə bütün futbolçularımıza beynəlxalq təcrübə qazanmaq imkanı yaradacağıq. Məşqçilərimizin təhsil üzrə özlərini inkişaf etdirməsi ilə bağlı yaxşı planlarımız var. Amma görüləcək işlər haqda danışmaq yaxşı deyil. İşləri gördükcə onlar haqda məlumat verərik. 
 
 - "Qarabağ"ın akademiyası başqalarından nə ilə seçiləcək?
- "Qarabağ" adına layiq akademiya formalaşdırmaq üçün əməli fəaliyyətə başlayıb. Dəfələrlə qeyd etmişəm ki, yaxşı futbolçular burdan çıxıb. Düzdü, başqa klublardan başlamış olsalar belə, bizim akademiyanın yolunu keçərək əsas komandaya yüksəliblər. Hazırda Elvin Cəfərquliyev, Nəriman Axundzadə və Toral Bayramov da uşaq futbolunda olub və bu yolu keçib. Bu prosesi daha da sürətləndirib, A komandasına daha çox gənc yetişdirmək, əsas komandaya təqdim etmək əsas istəyimizdi. Həmçinin akademiya işi kompleks şəkildədi. Nə qədər sadə görünsə də, bir o qədər mürəkkəbdi. Çünki bir futbolçunun əsas komandaya çıxması yolunda nə qədər əngəllər olur. Onların hansını aşandan sonra onu böyük futbola təqdim edə bilirik. İnanırıq ki, bu yolda klub tərəfindən dəstək olacaq. Biz də bu məsələləri getdikcə daha çox təkmilləşdirəcəyik. 

 - Əksər uşaqlar "Qarabağ" akademiyasinda yetişmək istəyir.
- "Qarabağ " brendi cəlbedici məqamdı. Müraciətlərdən də hiss edirik ki, bizim akademiyaya böyük tələbat var. Amma müraciətlərin hər birini qəbul edə bilmərik. Hər komandanın 20-25 nəfər say limiti var. Öyrənmək istəyən uşaqlar üçün isə "Qarabağ"ın futbol kursları fəaliyyət göstərir, ora qoşulmağı məsləhət görürük. Həmin kurslarda iştirak edən uşaqlardan kimlər inkişaf edərsə, məşqçilərin diqqətini çəkərsə, onları da akademiyaya cəlb edirik. Bu proses uzun illərdi davam edir. Saysız-hesabsız futbolçu var ki, bu kurslardan akademiyaya keçib.  

- Bununla bağlı bölgələrdə də təbliğat aparılırmı? 
- Bu məsələdə konkret plan, strategiya yoxdu. Amma artıq seçimləri etməklə başlamışıq və bundan sonra genişləndirəcəyik. Bu yöndə planlarımız çoxdu. Hələ ki qaydasına qoymamışıq. Təsdiqlənəndən sonra bu barədə geniş məlumat verəcəyik.        

RÖYANƏ OĞUZ

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

18-11-2022, 17:0

"Qarabağ"da növbəti seçimlər

Ölkə futbolu

25-06-2023, 12:0

“Turan Tovuz” Futbol Akademiyası yay seçimlərinə başlayır

Ölkə futbolu

18-11-2022, 20:0

"Əminliklə deyirəm ki, Azərbaycanda çoxlu istedadlı uşaqlar var"

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə