• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Əminliklə deyirəm ki, Azərbaycanda çoxlu istedadlı uşaqlar var"

Ölkə futbolu

18-11-2022, 20:0

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan klubun rəsmi saytına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik:

- Bugünkü seçimlər barədə fikirləriniz necədi?
- Ən kiçik yaş qrupları üçün seçim elan etdik və 50-yə yaxın uşağa baxdıq. Akademiya məşqçiləri ilə birlikdə izlədik və bir neçə uşağı bəyəndik. Amma bu o demək deyil ki, həmin uşaqları akademiyamıza götürmüşük. Həmin uşaqları yenidən sınayacağıq. Akademiyamızda futbolçularla eyni səviyyədə olacaqlarlarsa, onları götürəcəyik. Yeni yaradacağımız U-8 komandasına da bir neçə uşaq dəvət edəcəyik. Bundan əlavə U-12 üçün də bir neçə uşağı bəyəndik.

- Seçimlərin bölgələrdə aparılması gözlənilir?
- Bütün yaş qruplarına seçimlər aparmışıq. Bunda öncəki seçimlərimizə 400-dən çox uşaq qatıldı. Bu mövsümdən yenidən bölgələrə üz tutacağıq. Azərbaycanda istedadlı uşaqlar var və onları tapıb üzə çıxarmaq lazımdır. Premyer-liqa və divizionda komandası olmayan bölgələr bizim üçün ilk seçimdi. Ən yaxın zamanda Ağcabədiyə getməyi planlaşdırırıq. Bundan əlavə, tezliklə Şəki və Qaxda da seçimlər təşkil etməyi düşünürük.

- “Qarabağ” Futbol Akademiyasındakı fəaliyyətinizə nəzər salsaq, burda olduğunuz müddətdə nə dəyişib?
- İlk gündən qarşımıza qoyulan əsas hədəf komandaların və uşaqların inkişaf etməsi olub. Milli komandalara futbolçu yetişdirmək və oyunçuların inkişafı bizim üçün kubok qazanmaqdan daha önəmlidi. Ötən mövsüm 1 komandamız öz liqasını 1-ci tamamladı. Bundan əlavə, iki komandamız 2-ci və 3-cü yerləri tutdu. Ancaq daha vacib məqam budu ki, milli komandalara verdiyimiz futbolçuların sayında artım var. İldən-ilə bu sayda artım müşahidə olunur. Futbol olan yerdə tənqid qaçılmazdı. Yığma komandalar və AFFA-nın elit məşqlərinə 50 futbolçu göndərmişik. 50 futbolçumuz yığmanın məşqçilərinin diqqətindədisə, deməli, düz yoldayıq. Bizim də məqsədimiz milli komandalara daha çox futbolçu verməkdi.

- Azərbaycanda uşaq futbolunun inkişafına mane olan amillər hansılardı?
- Azərbaycanda fərdi idman növləri – cüdo, güləş, boks və.s daha yaxşı inkişaf edib. Komanda idman növlərində isə belə deyil. Bunları aradan qaldırmaq üçün uşaqların yaxşı məşq keçməsi üçün şərait lazımdı. Uşaqlara daha yaxşı məşqlər keçirilməlidi. Valideynlərin uşaqların üzərində basqısı olmamalıdı. 10-12 yaşlı oyunçu meydanda səhv edən zaman məşqçisini dinləmir, tribunada yer alan valideyninə baxır. Düzdü, valideynlərin də uşaqları ilə maraqlanması haqqlarıdı. Ancaq biz məşq meydançalarımıza kameralar quraşdırdıq və valideynlərə izləməsi üçün şərait yaratdıq. Meydanın kənarından valideynlərin məşqi izləməməsi üçün qərar qəbul etdik. Bu qərar uşaqların daha yaxşı inkişaf etməsi üçündü. Liqalarımızın oyunlarını mütəmadi izləyirik. Yarışların keyfiyyəti də qalxmalıdı. Bütün problemlər bir-birinə bağlıdı. Ölkə xaricinə futbolçularımızı yollamalıyıq. Avropa səviyyəli klub olduğumuz üçün biz əsas komandaya o keyfiyyətdə futbolçu hazırlamalıyıq.

- Akademiyamızın komandalarının ölkə xaricindəki turnirlərə yollanması gözlənilir?
- Bu məsələni klub rəhbərliyi ilə müzakirə edirik. Son olaraq Türkiyənin “Altınordu” klubuna müraciət olundu. Ancaq onların təşkil etdiyi turnirdə iştirakçılar bəllidi, hansısa klub imtina etsə, bizim ora getməyimiz mümkündü. Bütün yaş qrupları ilə maraqlanıram, liqalarımız izləyirəm. Əsas komanda Avropadakı çıxışı ilə göz önündədi və diqqət mərkəzindədi. Biz də əsas komandaya Avropa standartlarına uyğun futbolçular yetişdirməliyik. Daha keyfiyyətli futbolçuların yetişməsi üçün liqaların səviyyəsi də qalxmalıdı. Liqaların keyfiyyəti daha da artsa, uşaqları ölkə xaricindəki turnirlərə yollasaq, nəticələr də olacaq. Uşaqlara bu qapıları açmalıyıq və turnirlərə yollamalıyıq. Rəhbərliklə danışmışam və onlar da bu fikri dəstəkləyirlər. Sonda onu xüsusi ilə vurğulamaq istəyirəm ki, 4 ildi buradayam və əminliklə deyirəm ki, Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Tezliklə futbolsevərlər yeni adlar eşidəcəklər.

Paylaş:
Digər xəbərlər

Manşet / Müsahibə

24-06-2022, 18:0

Təbriz Həsənov “Sabah”ın sabahından arxayındı - MÜSAHİBƏ

Aktual
"Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
"Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
“Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
Son xəbərlər
  • Dünən, 23:04
    Messi dünya çempionatında qol sayını 18-ə çatdırdı! - DÇ gecəsi
  • Dünən, 22:49
    Kürasaolu qapıçı matça damğa vurdu
  • Dünən, 22:18
    "Azərbaycanda Elvin qədər potensiallı ikinci futbolçu yoxdu” - o da legioner həyatı yaşaya bilər!
  • Dünən, 21:54
    Növbəti oyunu buraxa bilər
  • Dünən, 21:20
    İyulun 7-si, saat 20.00 - "Sabah" üçün tarixi an
  • Dünən, 20:55
    La Liqaya çıxan 3-cü komanda məlum oldu
  • Dünən, 20:24
    Olisenin Madridə yollanacağı dəqiqdi?
  • Dünən, 19:53
    Şotlandiya ilə oyunu buraxacaq
  • Dünən, 19:20
    Zanyolo harda qərar tutacaq?
  • Dünən, 18:59
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 18:28
    Millimizin gələcək hədəfləri müzakirə olundu
  • Dünən, 17:57
    Mİllimiz İngiltərəyə rəqib oldu
  • Dünən, 17:27
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 16:56
    “Qarabağ”ın heyətində kimlər yer alıb? - SİYAHI
  • Dünən, 16:25
    Tahir Abdullayev: "Rəqibimin üzərindən tank kimi keçməyə hazıram"
  • Dünən, 15:54
    Mİllimiz Tacikistanla qarşılaşacaq
  • Dünən, 15:23
    "Qarabağ" iki qapıçı ilə yolları ayırdı
  • Dünən, 14:52
    "Qarabağ"la eyni gündə avrokubok matçı keçirəcək "Zirə"nin planı nədi? - azarkeş problemi...
  • Dünən, 14:31
    “Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
  • Dünən, 14:10
    Millimizin rəqibləri ilə əvvəlki görüşləri necə keçib?
  • Dünən, 13:59
    Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
  • Dünən, 13:28
    Klublarımızın ilk oyunu evdə keçirməsi sərfəli məqamdı? – menecer izah etdi
  • Dünən, 12:57
    "İmişli"də ayrılıq
  • Dünən, 12:36
    "Araz-Naxçıvan"dan növbəti transfer
  • Dünən, 12:15
    AFFA rəsmisi UEFA-dan 8 oyuna təyinat aldı
  • Dünən, 11:54
    "Sabah"ın yoxlama oyunlarındakı rəqibləri bilindi
  • Dünən, 11:23
    Qurban Qurbanov Elvini bağışladı! - əsas komandayla birgə Tirola yollandı
  • Dünən, 10:52
    “Futbolu şouya çeviriblər” – Rauf Cabbarov ABŞ-yə niyə gedib?
  • Dünən, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Dünən, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Dünən, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Dünən, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • 21-06-2026, 23:0
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • 21-06-2026, 23:0
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • 21-06-2026, 22:0
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 230
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 193
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 191
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə