A seriyası 2006-cı ildən sonra ilk dəfə...

16.03.2023 17:02 250
Çempionlar Liqası
“Napoli” tarixində ilk dəfə Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.

"Football-plus.az" xəbər verir ki, nəticədə bu mərhələdə İtaliya 3 klubla təmsil olunacaq.

Daha əvvəl “Milan” və “İnter” də 1/8 final səddini keçmişdi. Qeyd edək ki, A seriyası Çempionlar Liqasında 2006-cı ildən sonra ilk dəfə 1/4 finalda 3 klubla təmsil olunacaq.

17 il əvvəl bu mərhələdə “Yuventus”, “Milan” və “İnter” oynamışdı.