“Sumqayıt” 2300, “Sabah” 1500 manat ziyana düşdü

18.04.2024 12:55 163
Ölkə futbolu
AFFA İntizam Komitəsi “Sumqayıt”ı 2300, “Sabah”ı 1500 manat cərimələyib.

"Football-plus.az" xəbər verir ki, buna səbəb adıçəkilən komandaların Misli premyer-liqasının 30-cu turunda keçirdikləri görüşdə qeydə alınan neqativ hallar olub.

“Gənclər şəhəri”nin təmsilçisini “Zirə” ilə ev matçının 52-ci dəqiqəsində azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edilməsi 1500, qarşılaşmanın ardından meydana kənar şəxsin daxil olması isə 800 manat ziyana salıb.

“Qarabağ”la oyunda 5 futbolçusu sarı vərəqə alan “Sabah” buna görə 700 manat cərimələnib. Görüş bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə bakılıları daha 800 manat xərcə salıb.