Premyer-liqanın 3 klubu cərimələndi

9.04.2024 17:20 175
Ölkə futbolu
AFFA İntizam Komitəsi premyer-liqanın 3 klubunu cərimələyib.

"Football-plus.az" xəbər verir ki, çempionatın 29-cu turunda keçirilən “Neftçi” – “Sumqayıt” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə birincilər 800 manat cərimələniblər.

4 futbolçusu sarı vərəqə alan “Sumqayıt” isə 700 manat cərimə ödəməli olacaq.

Həmçinin “Qarabağ”la qarşılaşmada 6 oyunçusu sarı vərəqə alan “Səbail” 700 manat cəriməyə məruz qalıb.