İcra başçısı, Qurban Qurbanov və başqaları...

9.04.2024 18:20 261
I liqa / Manşet
Futbolun İnkişaf Fondunun 1-ci liqa klublarından “Zaqatala”nın maliyyə dayanıqlılığını artırmaq məqsədi ilə tətbiq etdiyi “Biznes klub” layihəsi 8 üzvün qoşulması ilə davam edir.

“Football-plus.az” xəbər verir ki, hazırda kluba bu layihə çərçivəsində dəstək verən, ianə edən şəxslərin siyahısı: Mübariz Əhmədzadə - Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı, Qurban Qurbanov- “Qarabağ”ın baş məşqçisi, Qafar Dəmirçi – “Aga Group”un icraçı direktoru, İsmayıl Orucov - AHEC MMC-nin baş direktoru, İlqar Əhmədov – “Avita” MMC-nin rəhbəri, Fərhan Dilbazi - Balakən Kərpic Zavodunun direktoru, Yusif Məhəməliyev, Eyvaz Əliyev.

Aprelin 5-də keçirilən “Zaqatala” - “Karvan” oyunu zamanı bəzi üzvlərə üzvlük paketi təqdim olunub. Hazırda kluba layihə çərçivəsində ayda 4 min manat vəsait daxil olur.

ƏSƏD SEYİDOV