• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vitali Borisovun qarşısına “qızıl dubl” hədəfi qoyulub - MÜSAHİBƏ

Aktual / Müsahibə

8-04-2024, 12:0

Futzal üzrə yüksək liqada 2023/24 mövsümünün çempionu bəllidi. “Araz-Naxçıvan” 17-ci turda ən yaxın izləyicisi “Neftçi”ni məğlub edərək (5:4) qızıl medalların sahibinə çevrildi.

“Qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisovla əlaqə saxlamağı lazım bildik. Təcrübəli mütəxəssislə söhbətdə son uğur, növbəti hədəflər, yığma ilə bağlı planlar, futzalımızın bugünü kimi mövzulardan söz açdıq.

– Əvvəlcə sizi və komandanızı çempionluq münasibətilə təbrik edirik. Təəssüratınızı bilmək istərdik...
– Təşəkkür edirəm. Bu, mənim məşqçi kimi ilk çempionluğumdu. Çox xoşbəxtəm və öz növbəsində komandam da növbəti dəfə çempion olduğuna görə özünü əla hiss edir. Sizin vasitənizlə bir daha oyunçularıma, tibbi və inzibati qərargahıma böyük minnətdarlığımı bildirmək istəyirəm. Bəli, futbolçu kimi “Araz-Naxçıvan”ın heyətində dəfələrlə çempion olmuşam. Amma bu hissi məşqçi kimi dadmaq çox fərqlidi. Sevincliyəm.

– Mövsümün əvvəlindən bəri istər mütəxəssislər, istərsə də azarkeşlər favorit komanda kimi məhz “qırmızı-ağlar”dan bəhs edirdi. Yüksək liqanın vəziyyəti elədi ki, hansısa sürpriz olmadıqca ən iddialı komanda məhz sizinkidi. Üstəlik erkən çempion olduz. Belə vəziyyəti necə şərh etmək olar?
– “Araz-Naxçıvan” uzun illərdi həm milli, həm də əcnəbi futzalçıların düzgün seçilərək transfer edilməsi sayəsində Azərbaycanın nəhəngidi. Burda çalışan hər bir şəxsin qələbələrimizdə böyük payı var. İctimaiyyətin bizi favorit görməsi və dəstəkləməsi xüsusi ruh verir və daha məsuliyyətli olmağa vadar edir. Lakin hər şeyin asan olduğunu deməzdim. Çünki az da olsa, ciddi rəqiblərimiz var və bizimlə qarşılaşmalara fərqli motivasiya ilə hazırlaşırlar. Xatırlayıram ki, ikinci dövrədən sonra ən yaxın izləyicimizlə aradakı xal fərqi 1 idi.

– Bəli, amma nəticə dəyişmədi. Son sözü komandanız dedi. Təəssüf ki, yüksək liqada uzunömürlü mübarizə mühiti formalaşmır. Çıxış yolunu nədə görürsüz?
– Yenə deyirəm, bizim üçün asan olmadı... Məncə, “Araz-Naxçıvan”, “Neftçi” İK və “Baku Fire” kimi komandaların sayı daha çox olmalıdı. Belədə səviyyə daha da yüksələ bilər.

– Mövsümün əvvəlində komandadan ayrılanlar və yeni gələnlər oldu. Siz də yeni təyin olunmuşduz. Hansı çətinliklərlə üzləşdiz?
– Düzünü desəm, ciddi çatışmazlıqla üzləşmədim. Ən başdan indiyə qədər hər şey qaydasında olub. Rəhbərlik bizə hər mənada dəstək oldu. Futzalçılarım da çalışqandı və vəzifələrini anlayıb layiqincə öhdəsindən gəlməyə çalışırlar.

– Ölkə kubokundakı mübarizəniz uğurla davam edir...
– Bəli, hər oyuna qələbə üçün çıxırıq. Rəhbərlik tərəfindən qarşımıza cari mövsümü “qızıl dubl”la bitirmək məqsədi qoyulub. Əlimizdən gələni edirik ki, vacib tapşırığı yerinə yetirə bilək.

– Gələn ayın sonunda müqavilənizin vaxtı bitir. Bu haqda nə düşünürsüz?
– Hazırda yüksək liqa və ölkə kubokundakı matçlara köklənmişik. Vaxtı gələndə rəhbərliklə müzakirəmiz olacaq.

– Belədə çempionatımıza qayıdaq. Mövsümün əvvəlində “Yasamal Bakı” yarışa qoşuldu. Bununla belə, U-19 və “Record club” çox zəif çıxış edir. Yuxarı pillələrlə aşağılar arasında uçurum var. Bu problemi necə aradan qaldırmaq olar? Əsasən komanda sayının və maliyyənin azlığı kimi problemləri qabarda bilərik?
– Bəli, bu tipli yarışlarda komanda sayı nə qədər çox olsa, bir o qədər yaxşıdı. Təkcə Bakını yox, başqa şəhərləri təmsil edən kollektivlərlə də qarşılaşmaq xoş olardı. Başqa məsələlər isə mənə aid deyil. Bizim işimiz məşq etmək və nəticə qazanmaqdı. Hər halda, “Araz-Naxçıvam” Azərbaycan futzalının flaqmanıdı və bunu hər il sübut edir.

– Həm də yığmanın baş məşqçisisiz. Yığmayla bağlı planlar necədi?
– Aprelin 8-də təlim-məşq toplanışı üçün bir araya gələcəyik. 13-ü isə yoldaşlıq oyunları keçirmək məqsədilə Gürcüstana yollanacağıq. Növbəti planlar hələ ki bəlli deyil. Vurğuladığınız kimi, müqaviləmin müddəti mayda başa çatır. Sonra nə olacağını hamımız görəcəyik. Sonda “Futbol+” kollektivinə bir daha təşəkkür etmək istəyirəm. Çünki futzala diqqət yetirən, maraqlanan az sayda mətbuat orqanlarından birisiz.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual

26-06-2023, 15:0

Vitali Borisovun planlarına nələr daxildi? - AÇIQLAMA

Aktual

8-06-2023, 10:0

“Araz-Naxçıvan”ın üzvü: “Alesionun getməsinə pis oldum”

Manşet / Müsahibə

9-06-2023, 10:0

"Vitali Borisov Rusiya və Braziliya çempionatından seçim edir" - MÜSAHİBƏ

Manşet

5-06-2023, 10:0

“Araz-Naxçıvan”ın baş məşqçisi dəyişib

İdman

17-07-2023, 14:0

Luka Pavloviç “Araz-Naxçıvan”da

Aktual

8-06-2023, 10:0

Emin Kürdov: “Artıq nəsə deməyə ehtiyac yoxdu”

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə