Bosniya və Hersoqovinanın paytxtı Sarayevoda keçirilən tədbirdə son Avropa çempionu millimizin rəqibləri müəyyənləşib. Komandamız F qrupunda Fransa, İtaliya və Avstriya ilə qarşılaşacaq. Bosniya və Herseqovinanın evsahibliyi edəcəyi turnir iyunun 1-9-u aralığında keçiriləcək. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq. Yığmanın baş məşqçisi Elşad Quliyevin püşkatma ilə bağlı fikirlərini öyrəndik:
“Artıq rəqiblərimiz bəlli oldu. Daha öncədən rəqiblərimizi tanıyırıq. Fransa və İtaliya çox yaxşı, güclü komandalardı. Hədəfimiz böyükdü. Ümid edirəm ki, hər şey yaxşı olacaq. İlk növbədə qrupdan çıxmağı düşünürük. Aprelin 21-i - mayın 2-si aralığında Monteneqroda təlim-məşq toplanışında olacağıq”.
GÜNAY SÜLEYMANOVA



