Azərbaycan rəqiblərini gözləyir

31.03.2024 16:30 207
Ölkə futbolu
Aprelin 4-də Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılacaq.

"Football-plus.az" xəbər verir ki, sonuncu qitə çempionatının qalibi olan Azərbaycan yığması püşkatma zamanı 1-ci səbətdə qərarlaşacaq. Elşad Quliyevin çalışdırdığı komanda FİFA reytinqinin 2-ci pilləsindədi.

Yığmanın potensial rəqibləri isə qalan üç səbətdə yer alan komandalardı.

2-ci səbət: Macarıstan, Çexiya, Fransa, Serbiya, Ukrayna, Monteneqro.
3-cü səbət: İngiltərə, Gürcüstan, İtaliya, Polşa, İspaniya, Sloveniya.
4-cü səbət: Portuqaliya, Albaniya, Yunanıstan, Avstriya, Türkiyə, Xorvatiya.

Xatırladaq ki, növbəti Avropa çempionatı iyunun 1-9-u aralığında Sarayevoda keçiriləcək.