Elşad Quliyev DÇ-dəki rəqibləri “dişimizə görə” sayır

23.06.2023 12:58 246
Aktual / Ölkə futbolu
İyunun 20-də Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl Hayma şəhərində minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Çempionluq uğrunda mübarizə aparacaq 32 komanda 8 qrupa bölünüb. Mundiala Avropa çempionu kimi qatılacaq yığmamız G qrupunda Tunis, Misir və İraq ilə oynayacaq. Mundial oktyabrın 26-dan noyabrın 4-nə kimi Ras Əl Hayma şəhərində təşkil olunacaq.

"Football-plus.az" olaraq püşklə bağlı yığmamızın baş məşqçisi Elşad Quliyevin fikirlərini öyrəndik:

"Maraqlı qrupdayıq. Düşünürəm ki, “dişimizə görə” rəqiblərin yer aldığı qrupa düşdük. Təbii ki, rəqiblərimiz yetərincə güclü və təcrübəlidi. Misir Afrika çempionudu, Tunis də güclüdü. Son dünya çempionatına evsahibliyi ediblər. Biz ilk dəfə DÇ-də iştirak edəcəyik, onlar isə daha təcrübəlidi. Amma rəqiblərimizin hər biriylə mübarizə aparmaq olar. Yaxşı çıxış edərək qrupdan çıxmağa çalışacağıq".


ABDULLA İSMAYILOĞLU