“Sumqayıt”ın kapitanı Vüqar Mustafayevin mövsümün ilk yarısının sonunda əməliyyat olunduğunu xəbər vermişdik. Bir müddət öncə futbolçunun son durumu barədə məlumat alarkən, onun məşqlərə başladığını və tədricən komandaya qoşulacağı deyilmişdi. Oyunçunun indiki durumunu öyrənmək üçün klubun müvafiq qurumuyla yenidən əlaqə saxladıq:
“Vüqar son 2-3 məşqdə komanda ilə birlikdə iştirak edib. Tədricən fiziki formasını bərpa etməli, həm də zədəsini sağaltmalıdı. Bu periodun nə qədər davam edəcəyi hələlik bəlli deyil. İnşallah, yaxın zamanlarda meydana dönəcək”.
KAMAL SƏFƏR





