UEFA pley-offda iştiraka görə "Qarabağ"a ödəniş edib

12.07.2023 15:05 232
Ölkə futbolu
UEFA növbəti dəfə "Qarabağ" ödəniş edib.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.